Venesiya adası satışa çıxarılacaq - FOTO

Venesiya adası satışa çıxarılacaq - FOTO Venesiyada adalardan birinin satışa çıxarılması planlaşdırılır.
Maraqlı
14 Fevral , 2020 03:57
Venesiya adası satışa çıxarılacaq - FOTO

Venesiyada adalardan birinin satışa çıxarılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Primapress” bildirib.

Qeyd edilir ki, kiçik Tessera adasında bir neçə ev və qayıqlar üçün sığınacaq var. Ada satış üçün martın 3-də hərraca çıxarılacaq. Onun ilkin qiyməti 2,2 milyon avrodur.

Ada Murano yaxınlığında və aeroportdan katerlə beş dəqiqəlik məsafədə yerləşir. Burada bir zamanlar Venesiya qoşunları yerləşib. Amma sonra şirkətlərdən biri adada bahalı kurort yaratmağa çalışıb. Lakin buna müvəffəq olmayıb. Çünki müflis olub. Nəticədə bələdiyyənin planına uyğun olaraq ada satışa çıxarılıb.

Venesiyada son illər iki ada satılıb — San-Klement və Sakka-Sessola. Bu adalarda bələdiyyə xəstəxanaları var idi. Adaların alıcıları mehmanxanalar və konqres mərkəzləri tikiblər.

Son xəbərlər

Orphus sistemi