Vaşinqtonda “Uşaqlar üçün Novruz” adlı tədbir keçirilib

Vaşinqtonda “Uşaqlar üçün Novruz” adlı tədbir keçirilib "Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi tədbir əyləncə ilə yanaşı, maarifləndirici xarakter daşıyıb
Maraqlı
24 Mart , 2015 02:25
Vaşinqtonda “Uşaqlar üçün Novruz” adlı tədbir keçirilib

Bakı. 24 mart. REPORT.AZ/ Övladları üçün Novruz əhval-ruhiyyəsi yaratmağa çalışan Amerikada yaşayan azərbaycanlılar böyük bayram tədbiri keçirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, “Uşaqlar üçün Novruz” adlı tədbir Vaşinqton və ətrafında yaşayan azərbaycanlı ailələrin böyük marağını toplayıb.

"Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi bu mərasim əyləncə ilə yanaşı maarifləndirici xarakter daşıyıb.

Belə ki, uşaqlar Azərbaycanın himnini oxuyandan sonra, xəritə, bayraq, gerb haqda, eləcə də Novruz bayramı və Azərbaycanın bəzi görməli yerləri barədə məlumatlar əldə edib. Kosa və keçəlin macəralarını göstərən video uşaqların marağına səbəb olub.

Şəkərbura, paxlama və qoğallardan dadan uşaqlar üçün milli rəqs də hazırlanıb.

Uşaqların əyləncəsi 2 saatdan çox rəqslər, müxtəlif rəngləmə və düzəltmə fəaliyyətləri ilə davam edib.

Son xəbərlər

Orphus sistemi