Uzunömürlülərin yaşadığı ölkələrin adları açıqlanıb

Uzunömürlülərin yaşadığı ölkələrin adları açıqlanıb Bakı. 27 oktyabr. REPORT.AZ/ İnsanların daha uzun ömür sürdüyü ölkələrin reytinqində birinci yerdə İspaniya qərarlaşıb.
Maraqlı
27 Oktyabr , 2018 12:37
Uzunömürlülərin yaşadığı ölkələrin adları açıqlanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ İnsanların daha uzun ömür sürdüyü ölkələrin reytinqində birinci yerdə İspaniya qərarlaşıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Universiteti nəzdindəki Səhhətin Ölçülməsi və Qiymətləndirilməsi İnstitutunun (İHME) son məruzəsinə görə, bu ölkədə 2040-cı ilədək orta ömür uzunluğu 85,8 yaşa çatacaq. 

Ötən il reytinqdə birinci olan Yaponiya 85,7 yaş həddi ilə bu dəfə ikinci yerdədir. Sonrakı yerlərdə Sinqapur, İsveçrə, İtaliya, İsrail, Fransa, Lüksemburq, Avstraliya qərarlaşıb. 

Ən qısa ömür yaşanan ölkə isə 57,3 yaşla Lesotodur.

Son xəbərlər

Orphus sistemi