Yuxarı
    Bağlamaq

    Uzaq məsafəyə birbaşa uçuş rekordu müəyyən edəcək təyyarə yola çıxıb

    Qatar Airwaysə məxsus sərnişin təyyarəsi 17 saat 30 dəqiqə havada olacaq

    Bakı. 5 fevral. REPORT.AZ/ Dünyada ən uzun birbaşa məsafə qət edəcək "Qatar Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi bazar günü yola çıxıb.

    "Report" xəbər verir ki, Qətərin paytaxtı Dohadan Yeni Zelandiyanın Oklend şəhərinə uçan "QR920" saylı reys 16 saat 20 dəqiqə çəkəcək.

    Aviauçuşların real vaxt rejimində xəritəsini təqdim edən "Flightradar24" saytı təyyarənin 14 min 533 kilometr məsafə qət etməli olduğunu qeyd edir. Geriyə qayıdış daha çox – 17 saat 30 dəqiqə vaxt aparacaq ki, bu da böyük yüksəkliklərə küləyin təsiri ilə bağlıdır. Belə olan halda, Qətər aviaşirkətinin yeni reysi uçuşların uzunluğuna görə rekord olacaq.

    Hələ ki, uzaq məsafəyə birbaşa uçuş rekordu "Air India" aviaşirkətinə məxsusdur. 2016-cı ilin oktyabrında təyyarə Dehlidən San-Fransiskoya uçan reysin istiqamətini dəyişib və bununla da məsafə 15 min 300 km-ə qədər uzanıb. Lakin bu uçuş təqribən 14 saat çəkib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi