Ukraynaya qreypfrut iriliyində dolu yağıb - FOTO

Ukraynaya qreypfrut iriliyində dolu yağıb - FOTO Təbiət hadisəsi zamanı 182 evin dam örtüyünə ziyan dəyib
Maraqlı
13 İyun , 2018 03:56
Ukraynaya qreypfrut iriliyində dolu yağıb - FOTO

Bakı. 13 iyun. REPORT.AZ/ Ukraynanın qərbində göy gurultusu və dolu ilə müşayiət olunan qasırğa baş verib.

"Report" "iPress"ə istinadən xəbər verir ki, ölçüsü kiçik qreypfrut boyda olan dolunun yağması nəticəsində yaşayış evlərinə ziyan dəyib, ağaclar aşıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, təbiət hadisəsi zamanı 182 evin dam örtüyünə ziyan dəyib. Fəsadların aradan qaldırılmasına yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi