Yuxarı

​Ukraynada Taras Şevçenkonun heykəli oğurlanıb

Heykəl şairin doğma kəndində olub

Bakı. 27 mart. REPORT.AZ/ Ukraynanın Çerkasski vilayətində naməlum şəxslər şair Taras Şevçenkonun heykəlini oğurlayıblar.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin məlumatında bildirilir.

Məlumata görə, heykəl şairin doğma kəndində olub.

"Heykələ ziyan dəyməsi barədə məlumat bu gün səhər saatlarında daxil olub. Cinayətkarlar ekspozisiyanın bir hissəsini kəsərək oğurlayıblar. Hadisə yerində Zveniqorod rayon milis şöbəsinin istintaq-əməliyyat qrupu işləyir", - deyə məlumatda qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi