Yuxarı

Ukraynada Leninin hələ 1200 heykəli qalır

Kommunistlərin rəhbərinin abidələrinin uçurulmağa başlamasından bir il keçib

Bakı. 9 dekabr. REPORT.AZ/ Son bir ildə Ukraynada baş verən hadisələr Leninin heykəllərinin dağıdılması ilə müşayiət edilib. "Report" "BBC"yə istinadən xəbər verir ki, son bir ildə Ukraynada kommunistlərin rəhbəri Vladimir İliç Leninin 504 heykəli məhv olunub.

Ukrayna Milli Abidələr İnstitutunun açıqlamasına əsasən, ölkə üzrə Leninin 1700-ə yaxın heykəli olub.

Xatırladaq ki, Leninin heykəllərinin uçurulmasına 2013-cü ilin dekabrın 8-də Kiyevdən başlanılıb. Belə heykəllər ən çox Xmelnitsk və Vinnitsk vilayətlərində dağıdılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi