Ukraynada 40-dan çox uşağı qətlə yetirən manyak ölüb - FOTO

Ukraynada 40-dan çox uşağı qətlə yetirən manyak ölüb - FOTO Bakı. 8 noyabr. REPORT.AZ/ Ukraynada 40-dan çox uşağı öldürmüş manyak, silsilə qətllər törətmiş Sergey Tkaç 66 yaşında ölüb.
Maraqlı
8 Noyabr , 2018 03:51
Ukraynada 40-dan çox uşağı qətlə yetirən manyak ölüb - FOTO

Bakı. 8 noyabr. REPORT.AZ/ Ukraynada 40-dan çox uşağı öldürmüş manyak, silsilə qətllər törətmiş Sergey Tkaç 66 yaşında ölüb.

Bu barədə "Report" TSN-ə istinadən xəbər verir.

Bildirilir ki, o, Jitomir həbsxanasında ürək çatışmazlığından vəfat edib. Əslən Kemerovo vilayətindən olan Tkaç öz cinayətlərini Krım, Zaporojye, Xarkov və Dneprpetrovsk vilayətlərində həyata keçirib.

Təhqiqatçıların və kriminalistlərin sözlərinə görə, o, 1984-2005-ci illərdə 55 dəfə xüsusi amansızlıqla cinayətlər törədib. Bunlar qətllər, öldürmək üçün adam oğurluğu, zorakılıq və bu məqsədlə insan oğurluğudur. O, bu əməllərinə görə azadlıqdan ömürlük məhrum edilib.

Qatilin qurbanları daha çox yeniyetmə qızlar olub.

Manyak özü isə qurbanlarının dəqiqi sayını bilmədiyini, bu rəqəmin hətta 60-dan çox ola biləcəyini etiraf edib.

Son xəbərlər

Orphus sistemi