Bakı. 29 yanvar. REPORT.AZ/ Türkmənistan hakimiyyəti ölkəyə qara rəngli avtomobillərin gətirilməsinə qadağa tətbiq edib. Bundan əlavə, Aşqabadda qara maşınların texniki baxışdan keçirilməsi də müvəqqəti olaraq dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə "Xronika Turkmenistana" nəşrinin məlumatında bildirilir.
Məlumat qadağa ilə rastlaşmış insanlardan əldə olunub. Yanvarın ortalarından gömrükçülərin qara maşınları rəsmiləşdirməkdən imtina etmələri ilə bağlı üç fakt qeydə alınıb. Bu barədə xaricdən Türkmənistana maşın gətirməklə məşğul olan sahibkarlar danışıblar.