Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb

Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb Əmzik uşaq məzarından çıxarılıb
Maraqlı
12 Sentyabr , 2017 20:45
Türkiyənin Çanaqqala bölgəsindən 2 min il yaşı olan uşaq əmziyi tapılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala şəhərinin Biqa rayonunun Kəmər kəndi yaxınlığında ellinizm dövrünün ən önəmli liman şəhəri Parionda aparılan qazıntı işləri zamanı 2 min il yaşı olan əmzik tapılıb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, əmzik uşaq qəbrindən aşkarlanıb.

Qazıntılardan məlum olub ki, qədim Roma dövründə bu əmziklərdən uşaqların süd və yemək yeyə bilmələri üçün istifadə olunub. Əmzik bişmiş torpaqdan hazırlanıb.  

Son xəbərlər

Orphus sistemi