Yuxarı
    Bağlamaq

    ​Türkiyəli sahibkar telefon və internetdən az istifadə edən işçi axtarır

    Artıq orta yaşlı işçilər də telefonu əllərindən yerə qoymurlar

    Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin Ordu şəhərində gül mağazası işlədən Nafiz İlhan adlı sahibkar telefondan və sosial şəbəkələrdən az istifadə edən işçi axtarır.

    "Report" Türkiyə KİV-inə istinadən məlumat verir ki, Nafiz İlhan cib telefonu və internetdən asılılığı olmayan işçi tapa bilmək üçün mağazasının pəncərəsinə - "Təcrübəli, təcrübəsiz, cib telefonu və internetlə oynamayan, telefonu deyil, işini sevən, işinə adaptasiya olan, alacağı maaşın məbləğini deyil, necə işləyəcəyini, hansı işləri görəcəyini soruşan işçi axtarırıq", - sözlərinin yazıldığı elan asıb.

    Sahibkar cib telefonundan az istifadə edən işçi ilə çalışmaq istədiyini bildirib.

    O, mağaza sahiblərinin artıq bu cür işçilər axtardığını deyib. Onun sözlərinə görə, artıq yalnız gənclər deyil, orta yaşlı işçilər də telefonu əllərindən yerə qoymurlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi