Yuxarı
    Bağlamaq

    Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

    Yusif adı qardaş ölkədə də birinci yerdədir

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə ötən il doğulan körpələrə ən çox hansı adların verildiyi açıqlanıb. 

    "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Statistika Komitəsi oğlan uşaqlarına daha çox Yusif, Eymən, Mustafa, Ömər və Berat, qızlara isə Zeynəb, Elif, Hiranur, Miray, Ecrin qoyulduğunu bildirib.

    Türkiyənin ayrı-ayrı şəhərlərində uşaqlara daha çox verilən adların siyahısında dəyişiklik olub.

    İstanbul şəhərində uşaqlara ən çox verilən adlar Yusif, Eymən, Ömər, Miraç, Ayaz qızlarda isə Zeynəp, Elif, Hiranur, Miray və Dəfnə olub.

    Ankara şəhərində isə ilk beşlikdə Eymən, Yusif, Çınar, Miraç, Kərəm, qızlarda Zeynəb, Elif, Miray, Dəfnə və Hiranur olub.

    İzmir şəhərində oğlanlara daha çox Ayaz, Eymən, Yusif, Çınar, Poyraz, qızlara Elif, Zeynəb, Dəfnə, Eylül, Öykü kimi adlar verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi