Yuxarı

​Türkiyədə keçirilən antiterror əməliyyat zamanı İŞİD-in maaş cədvəli aşkarlanıb

Elektrik və su sərfiyyatı, ev kirayəsi üçün əlavə pul ödənilir

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin Qaziantəp bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması üzvlərinə verilən maaş cədvəli aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qruplaşmanın Qaziantəpdə toplaşdığı yerdə aparılan araşdırma zamanı oradan partlayıcı maddələr, maaş cədvəlləri, təbliğat materialları aşrkarlanaraq götürülüb.

Burada terrorçu qruplaşmanın 23 terrorçusunun kod adı yazılan maaş cədvəli də aşkar edilib. Cədvəldə maaşın miqdarı 120 - 690 dollar arasında dəyişir. Cədvələ əsasən, terrorçu qruplaşmasının subay silahlısına 120 dollar maaş, terrorçu evli olarsa o zaman həyat yoldaşı üçün 120, hər uşağa isə 50 dollar pul verilir.

Məlumata görə, elektrik və su sərfiyyati üçün 50 dollar, ev kirayəsi üçünsə 300 dollar əlavə pul ödənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi