Türkiyədə ənənəvi öküz döyüşləri başlayıb

Türkiyədə ənənəvi öküz döyüşləri başlayıb İspan öküz döyüşlərindən fərqli olaraq, türk korridası toreadorların iştirakı olmadan keçirilir
Maraqlı
4 Avqust , 2015 07:40
Türkiyədə ənənəvi öküz döyüşləri başlayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin Muğla vilayətində ənənəvi öküz döyüşləri başlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

İspan öküz döyüşlərindən fərqli olaraq, türk korridası toreadorların iştirakı olmadan keçirilir, öküzlər öz aralarında döyüşür, heyvanların təhqir olunması qadağandır. Əgər heyvanlardan birinin zədə alması ehtimalı yaranarsa, onları kəndir vasitəsilə bir-birindən aralayırlar. Qalib gələn öküzləri istehsalçı qismində istifadə edirlər. Onların qiyməti 10 min ABŞ dollarını keçir. 

Bu il döyüşlərdə 170 öküz iştirak edəcək, onlar boy, çəki və buynuzların uzunluğuna görə cütlüklərə ayrılacaq. 

Muğlada mövsümün açılış mərasimində 4 minə yaxın tamaşaçı iştirak edib. Bu tədbirdən əldə olunan gəlir yerli məktəblərin ehtiyacları üçün xərclənəcək. 

Son xəbərlər

Orphus sistemi