Yuxarı

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb

Bayraq istehsalçıları tələbatı qarşılamaq üçün tam gücü ilə işləsə də, ancaq parça sarıdan problem yaranıb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb. 

"Report" "Anadolu"ya istinadın xəbər verir ki, buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bütün ölkə boyu xalqın gecə-gündüz küçə və meydanlarda demokratiya mitinqi keçirməsidir. 

Məlumata görə, bayraq istehsalçıları tələbatı qarşılamaq üçün tam gücü ilə işləsə də, ancaq parça sarıdan problem yaranıb. 

Bundan başqa, ölkə prezidentinin portretlərinə də tələbat artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi