Yuxarı

​Türkiyədə balıqçılar 300 kq ağırlığında küp tapıblar - FOTO

Tarixi əşya araşdırılması üçün Trabzon şəhər muzeyinə veriləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Trabzon əyalətinin sahillərində balıqçılar Bizans dövrünə aid olduğu iddia edilən küp çıxarıblar.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Məlumata görə, küpün hündürlüyü 1,5 metr, çəkisi 300 kq-dır.

Balıqçılar küpü Türkiyənin Qara dənizdəki Araklı limanına apararaq, onu yerli Mədəniyyə və Turizm İdarəsinə təhvil veriblər. Oradan isə küp araşdırılmaq üçün Trabzon şəhər muzeyinə veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi