Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısı məlum olub

Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısı məlum olub Türkiyə vətəndaşı ola İlhami Balı 140-dan çox həmyerlisinin ölümündə şübhəli bilinir
Maraqlı
11 Dekabr , 2015 07:30
Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısı məlum olub

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə tarixinin ən qanlı terror aktlarının təşkilatçısının adi məlum olub. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, istintaq zamanı məlum olub ki, 103 nəfərin ölümü ilə nəticələnən Ankara partlayışlarının əmrini İlhami Balı adlı İŞİD üzvü verib.

Türkiyənin Hatay vilayətində qeydiyyatda olan bu terrorçunun hazırda Suriyada qizləndiyinə diqqət çəkən Ankara rəsmiləri, hesab edir ki, Diyarbakır və Suruç bölgələrində törədilən qanlı terror aktlarının təşkilatçısı da elə İ.Balıdır. Beləliklə, İŞİD qruplaşması üzvü 140-dan çox həmyerlisinin ölümündə şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi