​Türkiyə prezidentinin xanımı qəzetə qarşı qaldırdığı məhkəməni udub

​Türkiyə prezidentinin xanımı qəzetə qarşı qaldırdığı məhkəməni udub Məhkəmədə C.Arcayüreyin Əminə Ərdoğanı təhqir etdiyi sübut olunub
Maraqlı
16 Dekabr , 2014 16:30
​Türkiyə prezidentinin xanımı qəzetə qarşı qaldırdığı məhkəməni udub

Bakı. 16 dekabr. REPORT.AZ/ "Cümhuriyət" qəzetinin yazarı Cüneyt Arcayürek yazılarından birində "insan haqlarına həmlə" ifadəsi işlətdiyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tərəfindən məhkəməyə verilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ə.Ərdoğan məhkəmə prosesini udub.

O, məhkəmənin qərarı ilə "Cümhuriyət" qəzeti və C.Arcayürekdən 3 min lirə mənəvi təzminat qazanıb.

Məhkəmədə C.Arcayüreyin Ə.Ərdoğanı təhqir etdiyi sübut olunub.

Qeyd edək ki, Ə.Ərdoğan iddia ərizəsində qəzetdən və yazardan 50 min lirə mənəvi təzminat istəmişdi.

Son xəbərlər

Orphus sistemi