Yuxarı

Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub - FOTO

Turistlər gözəl görüntülərə heyrətləniblər

Bakı. 23 yanvar. REPORT.AZ/ Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.

Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.

Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi