Yuxarı
    Bağlamaq

    Tramp inauqurasiya şərəfinə keçirilən mərasimdə ilk dəfə rəqs edib - VİDEO

    Biz bunu etdik! – deyən dövlət başçısı növbəti dəfə Amerikanı yenidən böyük dövlət etməyə söz verib

    Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 20-də ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlamış Donald Tramp nauqurasiya şərəfinə keçirilmiş bal mərasimində xanımı Melani ilə ilk dəfə rəqs edib.

    "Report" xəbər verir ki, mərasimi "Fox News" və digər telekanallar yayımlayıb.

    Tramp əvvəlcə mərasimə toplaşmış çoxminli auditoriyadan qarşısında qısa nitqlə çıxış edib. "Biz bunu etdik!" – deyən dövlət başçısı növbəti dəfə Amerikanı yenidən böyük etməyə söz verib.

    Tramp bundan sonra ölkənin birinci xanımına müraciət edərək bildirib ki, əgər rəqs etsə, ona şərəf göstərəcək. Cütlük bundan sonra rəqs etməyə başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi