Yuxarı

Tramp İŞİD liderinin öldürülməsində iştirak etmiş iti mükafatlandırıb - FOTO

Tramp İŞİD liderinin öldürülməsində iştirak etmiş iti mükafatlandırıb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyada İŞİD lideri Əbu Bəkir əl-Bağdadiin zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyatda iştirak etmiş "Konan" ləqəbi xidməti iti qəbul edib.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Trampın sözlərinə görə, it medal və fərman alıb. Dövlət başçısı "Konan"ı güclü adlandırıb.

"Konan çox ağır yaralanmışdı və düşünürdülər ki, o, sağalmaya bilər. Amma o, tez öz sağaldı və həmin vaxtdan çox vacib reydlər keçirdi", - Tramp qeyd edib.

Xatırladaq ki, Ağ Ev rəhbəri oktyabrın sonlarında özünün "Twitter"dəki səhifəsndə İŞİD rəhbərinin zərərsizləşdirilməsində fərqlənmiş itin mükafatlandırılması ilə bağlı kollaj yayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi