Yuxarı

"Toyota" uşaqsız qadınlar üçün uşaq-robot yaradıb

Kirobo Mininin satışına gələn ildən başlanılması planlaşdırılır

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Toyota Motor" şirkəti Yaponiyada uşaqsız qadınlar üçün nəzərdə tutulmuş uşaq-robot yaratdığını elan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, robota Kirobo Mini adı verilib.

"Toyota"nın yeni ixtirası inkişaf etmiş ölkələr arasında əhalinın yaşlanması baxımından dünyada lider olan Yaponiyada mənfi demoqrafik tendensiyanın təsirini azaltmaq üçün nəzərdə tutulub.

Məlumata görə, "Toyota" Kirobo Mininin satışına Yaponiyada gələn ildən başlamağı planlaşdırır. Bir robotun qiyməti 39800 yen (392 dollar) olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi