Yuxarı
    Bağlamaq

    Toni Bler biznes fəaliyyətinə son verir

    Keçmiş siyasətçi qeyri-kommersiya fəaliyyətinə diqqət ayırmaq qərarına gəlib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın sabiq baş naziri Toni Bler biznes fəaliyyətinə son verir.

    "Report" "Tengrinews" portalına istinadən xəbər verir ki, o, qərarı barədə işçilərini rəsmi saytı vasitəsilə məlumatlandırıb.

    Məlumatda bildirilir ki, keçmiş siyasətçi qeyri-kommersiya fəaliyyətinə diqqət ayırmaq qərarına gəlib. Sabiq baş nazir 2008-ci ildə təsis etdiyi "Tony Blair Associate" (TBA) şirkətlər qrupunun maliyyə ehtiyatlarını bu yöndə istifadə etməyi planlaşdırır.

    T.Bler bəyanatında gəlir əldə etmək üçün fərdi məsləhətləşmələrlə məşğul olmağa davam edəcəyini, ancaq vaxtının 80%-ni qeyri-kommersiya işlərinə həsr etməyi planlaşdırdığını bildirib.

    Qeyd edək ki, TBA məsləhət xidmətləri ilə məşğul olur. Mətbuatda T.Blerin ilk müştərisinin şirkətə 27 milyon funt sterlinq ödəyən Küveyt olması barədə xəbərlər də yayılıb. KİV həmçinin TBA-nın Qazaxıstan hökuməti ilə əməkdaşlığı barədə məlumat yayıb. Məlumatda T.Blerin adıçəkilən ölkədə iqtisadi islahatlar keçirilməsi məsələsində tövsiyələrini verdiyi qeyd olunub.

    Xatırladaq ki, T.Bler 1997-ci ildən 2007-ci ilə qədər Böyük Britaniya hökumətinə rəhbərlik edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi