Tokioda sakura bir həftə tez çiçəklədi

Tokioda sakura bir həftə tez çiçəklədi Tokioda sakuranın (yapon vişnəsi) çiçəkləmə mövsümü başlayıb.
Maraqlı
14 Mart , 2020 12:28
Tokioda sakura bir həftə tez çiçəklədi

Tokioda sakuranın (yapon vişnəsi) çiçəkləmə mövsümü başlayıb.

“Report” xəbər verir ki, qışın ilıq keçməsi üzündən builki çiçəkləmə mövsümü bir həftə tezləşib. Mövsümün başlandığını Yasukuni Şinto məbədindəki nümunəvi sakura ağacını nəzərdən keçirən Tokio Meteorologiya Departamenti bildirib.

Maraqlıdır ki, bu gün günorta saatlarında paytaxtda qar yağıb, hava hərarəti qəfildən müsbət 2 dərəcəyə enib. Sabah isə hava hərarətinin 23 dərəcəyə çatacağı gözlənilir.

Bu il COVİD-19 virusunun törətdiyi xəstəliyin yayılması səbəbindən sakuranın çiçək açması ənənəvi şəkildə və miqyasda qeyd olunacağı mümkünsüz görünür. Hökumət əhalini sakuranın çiçəklənməsini qədim adətə görə sakura ağacları altında hanami deyilən bayram yığıncaqları keçirməməyə çağırıb.

Qeyd edək ki, Yaponiyanın qeyri-rəsmi milli rəmzi hesab olunan sakuranın ən gur çiçəkaçma dövrü adətən aprel ayının əvvəllərində baş verir.

Son məlumata görə, Yaponiyada koronavirusa yoluxanların sayı 599, ölənlər isə 21 nəfərdir.

Son xəbərlər

Orphus sistemi