Yuxarı
    Bağlamaq

    Tokio dünyanın ən təhlükəsiz şəhəri seçilib

    Yaponiyta paytaxtı həm də dünyanın ən bahalı şəhəri adına layiq görülüb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın "Economist" jurnalının bölməsi olan "Economist Intelligence Unit" Araşdırma Mərkəzi dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqini dərc edib.

    Bu barədə "Report" Araşdırma Mərkəzə istinadən xəbər verir.

    Qeyd olunur ki, dünya əhalisinin əksəriyyəti şəhərlərdə yaşadığından yaşamaq üçün yer seçərkən orada təhlükəsizlik prioritet olur.

    Dünyanın ən təhlükəsiz şəhəri 38 milyon əhalisi olan Yaponiya paytaxtı Tokio seçilib. Tokio həm də dünyanın ən bahalı şəhəri adına layiq görülüb.

    İkinci yer Sinqapura, üçüncü yer isə Yaponiyanın başqa bir şəhəri Osakaya verilib.

    Avropanın ən təhlükəsiz, dünya üzrə isə 4-cü təhlükəsiz şəhər kimi İsveç paytaxtı Stokholm göstərilib. Beşinci yeri Hollandiya şəhəri Amsterdam tutub.

    Qeyd edək ki, araşdırmalarda şəhərlər dörd əsas parametr - rəqəmsal təhlükəsizlik, səhiyyə təhlükəsizliyi, infrastruktur təhlükəsizliyi və şəxsi təhlükəsizlik əsasında 40 göstərici üzrə qiymətləndirilir. Bu göstəricilər üzrə şəhərlərə 100 ballıq şkala ilə qiymət verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi