Tokio-2020 Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotlar sınaqdan keçiriləcək

Tokio-2020 Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotlar sınaqdan keçiriləcək Bu cür robotların başlıca vəzifəsi turistlərə xidmət göstərməkdir
Maraqlı
9 Noyabr , 2017 13:55
Tokio-2020 Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotlar sınaqdan keçiriləcək

Bakı. 9 noyabr. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotların sınaqdan keçirilməsinə başlanılacaq. “Report”un TASS-a istinadən məlumatına görə, Yaponiyanın paytaxtının rəhbərliyi prosesə noyabrın 13-də start verəcək.

Yaponiyanın 5 aparıcı texnoloji şirkətinin hazırladığı 5 robot eksperimentdə iştirak edəcək. Bu cür robotların başlıca vəzifəsi turistlərə xidmət göstərməkdir. Onlar 4 dildə - yapon, ingilis, çin və koreya dilində danışır və başa düşürlər.

Yaponiya rəhbərliyi hesab edir ki, Olimpiada və Paralimpiadada bu cür köməkçi-robotlardan istifadə ölkənin yüskək səviyyəli texnologiyasını bütün dünyaya göstərmək üçün bir fürsətdir.

Qeyd edək ki, ХХХII Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqust tarixlərində Tokioda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi