​"Titanik"in sağ qalmış sərnişininin məktubu 12 min dollara satılıb

​"Titanik"in sağ qalmış sərnişininin məktubu 12 min dollara satılıb 1912-ci ilin mayında yazılmış məktubun müəllifi dizayner Lüsil Daff-Qordondur
Maraqlı
25 Yanvar , 2015 03:29
​Titanikin sağ qalmış sərnişininin məktubu 12 min dollara satılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bostonun RR hərracında "Titanik"in qəzadan sonra sağ qalmış qadın sərnişinlərindən birinin məktubu satılıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, məktuba görə 11 min 875 dollar təklif edən alıcının şəxsiyyəti açıqlanmır.

1912-ci ilin mayında yazılmış məktubun müəllifi imkanlı insanlar üçün geyim dizayneri işləyən Lüsil Daff-Qordondur. O, həyat yoldaşı və daha on nəfər ilə 40 yerlik qayıqla xilas olub.

Britaniyaya məxsus "Titanik" gəmisi 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə aysberqlə toqquşma nəticəsində batıb. Qəza nəticəsində 1496 nəfər ölüb, 712 xilas olub.

Son xəbərlər

Orphus sistemi