​Təyyarəyə gecikən britaniyalı turist İstanbul aeroportunda özünü asıb

​Təyyarəyə gecikən britaniyalı turist İstanbul aeroportunda özünü asıb Qadının başqa bilet almağa pulu olmayıb
Maraqlı
18 Oktyabr , 2015 21:19
​Təyyarəyə gecikən britaniyalı turist İstanbul aeroportunda özünü asıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Britaniyalı Jaklin Enn Satton təyyarə reysinə gecikdikdən sonra İstanbul hava limanında intihar edib.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Satton Londondan İstanbula şənbə günü axşam gəlib və tranzit reys ilə İraqın Ərbil şəhərinə uçmalı imiş, lakin gecikib.

Nəşr yazır ki, hava limanı əməkdaşlarına yeni bilet almaq üçün pulunun olmadığını bildirən qadın tualetə gedib və orada ayaqqabısının bağından özünü asıb.

Turist qadını rusiyalı sərnişinlər aşkar ediblər. Sattonun meyiti İstanbul Məhkəmə Tibb İnstitutunun morquna aparılıb.

Son xəbərlər

Orphus sistemi