Rusiyada təqaüdçü küçədə tapdığı 250 min rublu sahibinə qaytarıb

Rusiyada təqaüdçü küçədə tapdığı 250 min rublu sahibinə qaytarıb Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyada təqaüdçü qadın küçədə tapdığı 250 min rublu (təxminən 6300 manat) sahibinə qaytarıb.
Maraqlı
20 Dekabr , 2018 08:29
Rusiyada təqaüdçü küçədə tapdığı 250 min rublu sahibinə qaytarıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyada təqaüdçü qadın küçədə tapdığı 250 min rublu (təxminən 6300 manat) sahibinə qaytarıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Xabarovsk vilayətində baş verib.

Təqaüdçü küçədə içində böyük məbləğdə pulun olduğu bağlama aşkarlayıb. Qadın onu polisə təhvil verib və bundan sonra həmin vəsaitin sahibi tapılıb.

71 yaşlı qadın bildirib ki, tapdığı bağlamada 250 min rus rublu və yarım mindən çox Çin yuanı (370 manatdan çox) aşkarlayıb.

Polis müəyyənləşdirib ki, pulun sahibi banka tələsirmiş, buna görə də pulların olduğu bağlamanı yerə saldığını hiss etməyib. O, polisə təşəkkür edib və təqaüdçüyə sağlamlıq arzulayıb.

Son xəbərlər

Orphus sistemi