Yuxarı

​Tədqiqatçılar Cənubi Çin dənizində mavi dəlik aşkar ediblər - VİDEO

Dəliyin dərinliyi 300 metrə çatır

Bakı. 29 iyul. REPORT.AZ/ Çinli tədqiqatçılar Cənubi Çin dənizində yerləşən Parasel adası sularında mavi dəlik aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə Çinin CCTV telekanalına istinadən "The Telegraph" məlumat yayıb.

Sualtı robot və dərinlik ölçən cihaz vasitəsi ilə əldə olunan məlumatlar göstərib ki, çinlilər tərəfindən "Mavi Önle dəliyi" adlandırılan dəliyin dərinliyi təqribən 300 metr təşkil edir. Bu, onu indiyədək aşkar olunan mavi dəliklərdən ən dərini edir.

Robot suda temperaturu, duzluluğu və oksigeni ölçə bilib. Məlum olub ki, dəlikdə 100 metrdən sonra oksigen artıq yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi