Yuxarı
    Bağlamaq

    Tbilisi meri itini icra hakimiyyətinin iclasına gətirib

    Bakı. 21 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze itini icra hakimiyyətinin iclasına gətirib.

    "Report" xəbər verir ki, bu barədə "Novosti Qruziya" məlumat yatıb.

    Bildirilir ki, Tbilisi merinin əməkdaşları küçüyün fotolarını "facebook"da paylaşıblar. Mer heyvanı ötən həftə bələdiyyənin heyvanlar sığınacağından götürüb.

    Kaxa Kaladze iti Tifani adlandırıb. Siyasətçi özünün instaqramında uşaqlarının iş otağında itlə oynadığını əks etdirən videogörüntü yerləşdirib.

    Görünür, küçük həqiqətən meriyanın binasında yaşayır. Çünki ötən gün Tifani şəhər hökumətinin iclasının keçirildiyi zalda görünüb.

    "Bu, meriyanın yeni əməkdaşıdır", - deyə Gürcüstanın "facebook" istifadəçiləri zarafatla bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi