​Tayvanda zəlzələ qurbanlarının sayı 108 nəfərə çatıb

​Tayvanda zəlzələ qurbanlarının sayı 108 nəfərə çatıb 106 nəfərin cəsədi 17 mərtəbəli binanın dağıntıları altından çıxarılıb
Maraqlı
13 Fevral , 2016 06:07
​Tayvanda zəlzələ qurbanlarının sayı 108 nəfərə çatıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ötən həftə Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sina" portalı yazıb.

Bunadək 98 nəfərin öldüyü məlumat verilmişdi.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ fevralın 5-də Tayvan adasının cənub hissəsində baş verib. Təbii fəlakətdən daha çox Taynan şəhəri zərər çəkib. Ölən 108 nəfərdən 106-sının cəsədi məhz bu şəhərdə uçmuş 17 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Son məlumatlara görə, daha 9 nəfər evin dağıntıları altındadır.

Son xəbərlər

Orphus sistemi