Yuxarı

ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - FOTO

​"Tarzan" ləqəbli Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib

Hollivud aktyoru, ABŞ-da "Tarzan" serialı ilə məşhur olan aktyor Ron Ellinin ailəsində faciə baş verib.

"Report" CNN-ə istinadən xəbər verir ki, polisə Santa-Barbaradakı evlərdən birindən ailə zorakılığı barədə zəng daxil olub. Həmin ünvana gələn polis əməkdaşları aktyorun bıçaqla qətlə yetirilmiş arvadı Valeri Landinin meyitini aşkarlayıblar.

Ailənin 81 yaşlı başçısı həyat yoldaşının qətlində öz oğullarından birini - 30 yaşlı Kemeronu ittiham edib. Lakin qətli törədən şəxs onu həbs etmək istəyən polislərə müqavimət göstərib. Nəticədə asayiş keşikçiləri tərəfindən güllələnib.

Qətlə yetirilmiş Valeri Landin daha əvvəl "Miss Florida" titulunu qazanıb. Qadın "Tarzan"la - Ron Elli ilə nikahdan Kemeron, Keytlend və Kirsten adlı övladlarını dünyaya gətirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi