Yuxarı
    Bağlamaq

    Tailandda dələduz 13 min il müddətinə azadlıqdan məhrum edilib

    Dələduz  2653 maddə üzrə gühahkar hesab edilir

    Bakı. 30 dekabr. REPORT.AZ/ Tailandlı Pudit Kittitradilok maliyyə piramidası yaratdığı üçün 13 min il müddətinə həbs cəzasına məhkum edilib.

    "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Maliyyə fırıldağının 40 minədək qurbanı onun şirkətinə 160 milyon dollar yatırıb.

    P. Kittitradilok 2653 maddə üzrə təqsirkar hesab edilib. Lakin onun səmimi etirafı cəzasını 6600 ilədək endirib.

    Bununla belə, qeyd olunur ki, dələduzun 20 ildən çox həbsxanada keçirməyəcəyi güman edilir. Tailand qanunlarına görə, hər maddəyə görə 10 ildən çox olmayan həbs müddəti nəzərdə tutulur. P. Kittitradilok isə iki maddəyə görə məhkum edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi