Yuxarı

Arnold Şvarsenegger ona edilmiş hücumdan danışıb

​Şvarsenegger: "Şadam ki, bu yaramaz "Snapchat"dakı yayımımı kəsmədi"

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger Cənubi Afrikadakı idman tədbiri zamanı ona qarşı hücumu şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Narahatlığınıza görə sizə təşəkkür edirəm, amma həyəcanlanmağa heç nə yoxdur. Mən düşünürdüm ki, sadəcə camaat məni itələyir, belə hallar tez-tez olur. Videogörüntüyə baxanda anladım ki, sizin hamınız kimi məni də vurdular. Şadam ki, bu yaramaz mənim "Snapchat"dakı yayımımı kəsmədi", - deyə o "Twitter" səhifəsində yazıb.

Daha əvvəl naməlum şəxs Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücumçu mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi