Sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni dərman hazırlanıb

Sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni dərman hazırlanıb Yeni dərmanla xərçəng hüceyrələrini məhv etmək mümkün olacaq
Maraqlı
20 İyul , 2015 11:17
Sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni dərman hazırlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ İngiltərəli elm adamlarının icad etdiyi yeni dərmanla xərçəng hüceyrələrini məhv etmək mümkün olacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni dərman vasitəsi immun sistemini daha da gücləndirir. Bu da sümük iliyi xərçəngindən əziyyət çəkənlər üçün yeni şans deməkdir.

Alimlər bildirir ki, dərman xərçəng hüceyrələrində SLAMF 7 adlı molekulu hədəf seçərək immun sisteminin bu hüceyrələri məhv etməsinə imkan verir.

Professor Qrehem Cakson deyib ki, dərman sayəsində sümük iliyi xərçənginin müalicəsində yeni bir dövr başlayır: "Bununla da xəstələr daha az əzab çəkəcək və daha uzun yaşaya biləcəklər. Həmçinin, xəstələr daha az kimyaterapiyaya məruz qalaraq yaşamaq şanslarını artırmış olurlar".

Xatırladaq ki, məsələyə dair məqalə "New England Journal Of Medicine" jurnalında dərc olunub.

Qeyd edək ki, bu xəstəlik daha çox 60 yaşı keçən insanlarda rast gəlinir. 

Son xəbərlər

Orphus sistemi