Yuxarı

Sumqayıt şəhərini çinlilər bəzəyəcək

Sumqayıt şəhərini çinlilər bəzəyəcək

Sumqayıt şəhərini 70 illik yübleyində Çinli mütəxəssislər bəzəyəcək.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinindən bildirilib.

Belə ki, Noyabrın 22-də yubileyini keçirməyə hazırlaşan şəhərdə nəfis tərtibatın hazırlanması üçün şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Çin mütəxəssislərini şəhərə dəvət edib və onlarla görüşüb. 

Qeyd edlilib ki,Sumqayıt Çinin Sian və Çun Çin şəhərləri ilə qardaşlaşıb və qarşılıqlı əməkdaşlıq edir. Şəhər rəhbəri həmçinin bir müddət əvvəl Çində səfərdə olduqlarını bildirib. İnsanların qonaqpərvər olduğunu diqqətə çatdırıb.

Çindən gələn qonaqlar onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi