​Stradivarinin skripkasını oğurlayan şəxsə 7 il həbs cəzası verilib

​Stradivarinin skripkasını oğurlayan şəxsə 7 il həbs cəzası verilib Müttəhim skripkanı elektroşokun köməkliyi ilə əldə edib
Maraqlı
12 Noyabr , 2014 02:10
​Stradivarinin skripkasını oğurlayan şəxsə 7 il həbs cəzası verilib
Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında Stradivarinin dəyəri 5 milyon dollar olan 300 yaşlı skripkasını oğurlayan şəxsə hökm oxunub.

"Report" Euronews-a istinadən xəbər verir ki, skripkanı oğurlamaqda müqəssir bilinən Saleh Səlahəddin yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Müttəhim skripkanı bu il yanvarın sonlarında Miluoki simfonik orkestrinin musiqiçisindən elektroşokdan istifadə etməklə götürdüyünü etiraf edib.

Sözügedən alət dustağın dostlarından birinin çardağında aşkar edilib.

Son xəbərlər

Orphus sistemi