Yuxarı

​Şri-Lankada fil yetimxanasında 79 quru nəhəngi saxlanılır

Bir yetkin fil gündə 50 kq ot, yarpaq və meyvə yeyir, 200 litr su içir

Bakı. 19 may. REPORT.AZ/ Dünyada ilk və yeganə fil yetimxanası Şri-Lankanın paytaxtı Kolombodan 112 km aralıda yerləşən Rambukkan şəhərindədir. "Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Xəbərə görə, həmin yetimxanada tək qalan və çeşidli səbəblərdən yaralanan quru nəhəngi saxlanılır. 2014-cü ildə onların sayı 79 olub. Onların arasında minaya düşərək yaralananlar da var.

Fillərə 50 nəfər qulluq edir. Orada bala fillərə süd və meyvələr verilir. Bir yetkin fil gündə 50 kq ot, yarpaq və meyvə yeyir, 200 litr su içir.

Məlumatda bildirilib ki, yetimxana 1975-ci il fevralın 16-da 14 hektarlıq ərazidə yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi