Yuxarı
    Bağlamaq

    "SpaceX" təyyarələrdə Wi-Fi təmin edəcək peyk buraxıb

    Falcon 9 raket daşıyıcısı Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb

    Bakı. 16 may. REPORT.AZ/ ABŞ-ın özəl "SpaceX" şirkətinə məxsus "Falcon 9" raket daşıyıcısı orbitə "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu peyk digərləri ilə birlikdə təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək.

    "Falcon 9" Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb.

    "Inmarsat-5 F4" dənizdə, havada və yerdə yüksək sürətli internet təmin etmək üçün səfərbər olunan "Global Xpress" orbital qruplaşmasında dördüncü peyk olacaq.

    Qeyd edək ki, "Boeing" korporasiyası tərəfindən istehsal olunan "Inmarsat-5 F4" peyki altı tondan bir qədər ağırdır. Bu, "Falcon 9"un orbitə çıxardığı ən böyük yükdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi