“Soyuq müharibə"nin ilk casusu 102 yaşında ölüb

“Soyuq müharibə"nin ilk casusu 102 yaşında ölüb Bakı. 3 aprel. REPORT.AZ/ “Soyuq müharibə”nin ilk casusu İrvinq Ayzekson 102 yaında ABŞ-ın Alabama ştatının Obern şəhərində ölüb.
Maraqlı
3 Aprel , 2018 12:47
“Soyuq müharibənin ilk casusu 102 yaşında ölüb

Bakı. 3 aprel. REPORT.AZ/ “Soyuq müharibə”nin ilk casusu İrvinq Ayzekson 102 yaında ABŞ-ın Alabama ştatının Obern şəhərində ölüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onunla vida mərasimi “Temple Shalom” sinaqoqunda keçirilib.

İ.Ayzekson İkinci Dünya müharibəsi ərəfəsində Harvard Universitetinin məzunu olub. Könüllü olaraq ABŞ-ın Milli Qvardiyasına daxil olub. Onu Britaniyaya göndəriblər. Orada Strateji Xidmət İdarəsinin, ABŞ-ın birinci kəşfiyyat birliyi xidmətinin (Mərkəzi Kəşfiyyat İdarəsinin sələfi) rəhbərliyinin diqqətini özünə çəkib. O, İkinci Dünya müharibəsi bitdikdən sonra Şərqi Almaniyada “Sovet İttifaqı” ilə bağlı informasiya toplamağa başlayıb. İ.Ayzekson çavuş Fred Svitqalla birlikdə Şərqi Avropanı gəzərək sovet qoşunlarının hərəkəti, zabitləri barədə məlumatlar əldə edib.

1940-cı illərin sonunda İrvinq Alabamanın Lyuiston şəhərinə qayıdaraq atası Piter Ayzeksonla birlikdə “Brann və Ayzekson” hüquq firmasında işləməyə başlayıb. Bu firma günümüzə qədər fəaliyyət göstərir. İ.Ayzekson 65 il kommersiya və korporativ hüquqla məşğul olub.

On illər sonra Ayzekson həmin illərə aid “Həvəskar casusun memuarı” adlı xatirə kitabını yazıb. O, bu kitabda özünü “soyuq müharibə"nin ilk casusu adlandırıb. 

Son xəbərlər

Orphus sistemi