Sosial şəbəkələr yol qəzalarının sayını artırır

Sosial şəbəkələr yol qəzalarının sayını artırır İspaniyada keçən il baş verən 85 519 yol qəzasının 34 mini məhz sükan arxasında xəbər oxuyarkən baş verib
Maraqlı
6 Dekabr , 2014 17:28
Sosial şəbəkələr yol qəzalarının sayını artırır
Bakı. 6 dekabr. REPORT.AZ/ İspaniyada sükan arxasında xəbər oxuyarkən ölənlərin sayı artmağa başlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, whatsapp, facebook və twitter sosial şəbəkələrinin səbəb olduğu ölümcül qəzaların sayı ispan xalqını narahat edir.

İspaniya Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, keçən il baş verən 85 519 yol qəzasının 34 mini məhz sükan arxasında xəbər oxuyarkən baş verib. Nazirlik bu cür qəzaların yarıdan çoxunun ölümlə nəticələndiyini açıqlayıb.  

Son xəbərlər

Orphus sistemi