​Son 70 ildə ilk dəfə olaraq "Mayn kampf" satışa çıxarılıb

​Son 70 ildə ilk dəfə olaraq "Mayn kampf" satışa çıxarılıb 59 avroya satılan kitab 2000 səhifədən ibarətdir
Maraqlı
8 Yanvar , 2016 19:18
​Son 70 ildə ilk dəfə olaraq Mayn kampf satışa çıxarılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniyada Adolf Hitlerin "Mayn kampf" kitabının təkrar nəşrinə qoyulan qadağa götürülüb.

"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, yanvarın 1-də kitab yenidən satışa çıxarılıb.

59 avroya satılan nəşr 2000 səhifədən ibarətdir.

Avtobioqrafik əsər Münhenin Müasir Tarix İnstitutu tərəfindən buraxılıb. Nəşrdə tədqiqatçıların şərhləri, nasist liderinin ideologiyasının analizi əksini tapıb.

Kitabın tarixçilərin şərhləri olmayan orijinal variantı hələ də qadağandır.

"Mayn kampf" Fransada təkrar nəşr edilib, lakin bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya və Niderlandda hələ də qadağandır.  

Son xəbərlər

Orphus sistemi