​Sloveniya eynicinsli nikahlara icazə verən qanun qəbul edib

​Sloveniya eynicinsli nikahlara icazə verən qanun qəbul edib Qanun layihəsini 51 deputat dəstəkləyib
Maraqlı
4 Mart , 2015 03:21
​Sloveniya eynicinsli nikahlara icazə verən qanun qəbul edib

Bakı. 4 mart. REPORT.AZ/ Sloveniya Parlamenti ölkədə eynicinsli nikahlara icazə verən qanun layihəsinin lehinə səs verib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, qanun layihəsini 51 deputat dəstəklədiyi halda, cəmi 28 millət vəkili onun əleyhinə çıxıb.

"Bu düzəliş nikahı cinsiyyətindən asılı olmayaraq iki insanın ömürlük birliyi kimi müəyyən edir və bununla da indiyədək mövcud olan ayrı-seçkiliyi ləğv edir", - deyə "Birləşmiş solçular" müxalifət partiyasının deputatı Matey Vatovets parlamentə təqdim etdiyi sənədə aydınlıq gətirərkən bildirib.

Təqribən 2 minə yaxın insan parlament binası qarşısına toplaşaraq qanun layihəsinin qəbuluna etiraz edib.

Son xəbərlər

Orphus sistemi