Yuxarı
    Bağlamaq

    ​Səudiyyə şahzadəsi var-dövlətinin hamısını xeyriyyə işlərinə xərcləyəcək

    Əl-Validin qərarını uşaqları dəstəkləyib

    Bakı. 1 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı şahzadəsi əl-Valid ibn -Talal əl-Səud 32 milyard dollarlıq var-dövlətinin hamısını xeyriyyə işlərinə sərf etmək haqda qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

    Xəbərə görə, şahzadə mətbuat konfransında vəsaiti xeyriyyə təşkilatlarının hesabına hissə-hissə köçürəcəyini bildirib. O, ilk növbədə qadın haqlarının müdafiəsi, eləcə də müalicəsi olmayan xəstəliklərin öyrənilməsi, sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan xeyriyyə təşkilatlarına və təbii fəalkət qurbanlarına yardım etməyi planlaşdırıb.

    Əl-Valid maliyyə vəsaitinin köçürməsinin başa çatacağı müddəti dəqiq söyləməsə də, bunun bir neçə il sürəcəyini qeyd edib. O, onu bu addımı atmağa sövq edən səbəbi söyləməsə də, qərarını uşaqlarının dəstəklədiyini vurğulayıb.

    60 yaşlı şahzadə əl-Valid Səudiyyə Krallığı ailəsinə daxildir. "Forbes" jurnalının qənatinə əsasən, o, dünya varlıları siyahısında 22-ci yerdədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi