Səudiyyə Ərəbistanında ilk dəfə qadın bank direktoru təyin edilib

Səudiyyə Ərəbistanında ilk dəfə qadın bank direktoru təyin edilib O, hökumətinin keçirdiyi iqtisadi və sosial islahatlar çərçivəsində bankda direktor vəzifəsinə təyin olunub
Maraqlı
21 Fevral , 2017 08:37
Səudiyyə Ərəbistanında ilk dəfə qadın bank direktoru təyin edilib

Bakı. 21 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanında qadın bankın icraçı direktoru təyin edilib.

"Report" xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.

Məlumata görə, Raniya Naşar "Samba Financial Group"un baş icraçı direktoru olub.

O, Səudiyyə Ərəbistanı hökumətinin keçirdiyi iqtisadi və sosial islahatlar çərçivəsində ölkənin kommersiya bankında baş direktor vəzifəsinə təyin edilən ilk qadındır.

Naşarın bank sistemində 20 illik təcrübəyə malik olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi