Yuxarı

Səüdiyyə Ərəbistanı: sükan arxasına oturmuş qadınların işinə məhkəmə baxacaq

25 yaşlı qadın avtomobildə Səüdiyyə Ərəbistanına daxil olmağa cəhd edərkən həbs olunmuşdu

Bakı. 25 dekabr. REPORT.AZ/ Səüdiyyə Ərəbistanında avtomobili idarə etdiklərinə görə saxlanılmış iki qadının işi terrorçuluq məsələrinə baxan məhkəməyə verilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, müttəhimlərin vəkilləri bu qərardan şikayət edib.

25 yaşlı Loujain al-Hathloul Səüdiyyə Ərəbistanına avtomobildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisindən daxil olmağa cəhd edərkən həbs olunmuşdu.

Digər qadın, BƏƏ-də jurnalist işləyən 33 yaşlı səüdiyyəli Maysa al-Amoudi ondan əvvəl saxlanmış Loujain al-Hathloul ilə həmrəylik rəmzi kimi qonşu ölkədən Səüdiyyə Ərəbistanına avtomobildə qayıdarkən sərhəddə həbs olunub.

Loujain al-Hathloul və Maysa al-Amoudini dəstəkləyənlərin sözlərinə görə Səüdiyyə Ərəbistanı rəsmiləri qadınları vətəndaş mövgeyinə görə və bu mövgeyi internetdə bildirdiklərinə görə təqib edirlər.

Son illər ərzində Səüdiyyə Ərəbistanında qadınlar diskriminasiya hallarına qarşı etiraz aksiyaları keçirir.

Qadınlar öz etirazını, o cümlədən, avtomobil sükanı arxasına oturmaqla da bildirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi