Sergey Lavrov Ermənistana səfəri zamanı Ağrıdağın şəklini çəkib - FOTO

Sergey Lavrov Ermənistana səfəri zamanı Ağrıdağın şəklini çəkib - FOTO Şəkil sosial şəbəkələrdə yayılıb
Maraqlı
23 Aprel , 2016 09:53
Sergey Lavrov Ermənistana səfəri zamanı Ağrıdağın şəklini çəkib - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə yerləşən və Ermənistan ərazisindən də görünən Ağrıdağın şəklini çəkib.

"Report"un məlumatına görə, fotonu sosial şəbəkədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerləşdirib. O, şəkilə yazdığı qeyddə bildirib ki, həmin gün Ararat dağı (Ağrıdağ) çox gözəl görünürdü və xarici işlər naziri Sergey Lavrov dağı çəkmək qərarına gəldi.

S.Lavrov aprelin 21-22-də Ermənistanda səfərdə olub. 

Qeyd edək ki, ermənilər uzun illərdir Ağrıdağın onlara məxsus olması barədə əsassız iddialar irəli sürürlər. Ermənilərin milli simvolu kimi təqdim olunan Ağrıdağ başqa ölkənin ərazisində yerləşməsinə baxmayaraq, işğalçı Ermənistanın dövlət gerbində də öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi