"Samsung" əmək qabiliyyətini itirən əməkdaşları üçün yardım fondu təsis edib

"Samsung" əmək qabiliyyətini itirən əməkdaşları üçün yardım fondu təsis edib Fondun nizamnamə kapitalı təxminən 85,5 mln. dollar təşkil edir
Maraqlı
5 Avqust , 2015 04:37
Samsung əmək qabiliyyətini itirən əməkdaşları üçün yardım fondu təsis edib

Bakı. 5 avqust. REPORT.AZ/ Koreyanın "Samsung" şirkəti sağlamlığa ciddi təhlükə yaradan istehsal sahələrində işlədiyi müddətdə ağır xəstəliklərə tutulan əməkdaşları üçün xüsusi yardım fondu təsis edib. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

Fondun nizamnamə kapitalı 100 mlrd. von (təxminən 85,5 mln. dollar) təşkil edir. Müalicənin təşkilindən başqa, bu fonddan pullar həmçinin işçilərin sağlamlığına ciddi təhlükə yaradan istehsal sahələrinin zərərli təsirinin azaldılması istiqamətində aparılacaq tədqiqatlara xərclənəcək. Bu sırada xərçəngdən başqa, leykemiya və limfoma xəstəlikləri də yer alır. 

Bir müddət əvvəl şirkət öz əməkdaşları və onların ailələrindən rəsmi şəkildə üzr istəmək məcburiyyətində qalıb. 

Məlumatlara görə, "Samsung"un təxminən 200 əməkdaşı şirkətin istehsal sahələrində işlədiyi müddətdə ağır xəstəliklərə tutulub və onlardan 70 nəfəri vəfat edib. 

Son xəbərlər

Orphus sistemi