​Salyanda maraqlı təbiət hadisəsi baş verib

​Salyanda maraqlı təbiət hadisəsi baş verib Armud ağacı ildə ikinci dəfə çiçək açıb
Maraqlı
28 Sentyabr , 2015 00:07
​Salyanda maraqlı təbiət hadisəsi baş verib

Bakı. 28 sentyabr. REPORT. AZ/ Salyan şəhər Xəlil Rza Ulutürk prospektində Əliyevlər ailəsinin təsərrüfatında armud ağacı ikinci dəfə çiçək açıb.

"Report" xəbər verir ki, 10 il bundan əvvəl əkilən armud ağacının barı yay aylarında yığılıb.

Maraqlıdır ki, ağacın yalnız bir budağı çiçək açb, yeni yarpaqları əmələ gəlib, lakin qalan budaqları isə əvvəlki vəziyyətində qalıb. Təsərrüfat sahibi Elmira Əliyeva ilk dəfədir belə bir hadisənin şahidi olduğunu bildirib.

Mütəxəssislərin fikrincə, bu il havaların anomal keçməsi armud ağacının ikinci dəfə çiçək açmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi